DİN parlament seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb
31-01-2020 [12:13]
Fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirələrin yekun tədbiri keçirilib.
“Report” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsini inzibati binasında keçirilən tədbirdə MSK üzvü İlham Məmmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, dairə seçki komissiyalarının sədrləri, o cümlədən şəhər və rayon polis orqanlarının nümayəndələri və ATƏT-in beynəlxalq müşahidəçilər missiyasının nümayəndələri iştirak ediblər.
Açılış nitqində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqdəar respublikada ictimai təhlükəsizlik və ictimai qaydanın təmin olunması məqsədilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilmiş və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir: "Maarifləndirmə tədbirləri çərçivəsində Gəncədə, Şirvanda, Şəkidə ərazi polis orqanlarının və dairə seçki komissiyalarının sədrləri ilə zona müşavirələri keçirilib. Tədbirlər çəçivəsində bu gün keçirilən müşavirənin əsas məqsədi təbliğat-təşviqat kampaniyası dövründə, seçki günü, eləcə də seçkidən sonrakı proseslər, polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi polis orqanlarının dairə seçki məntəqləri ilə qarşılıqlı əlaqələrinin təşkil edilməsindən ibarətdir".
Daha sonra çıxış edən MSK üzvü İlham Məmmədov isə bildirib ki, MSK Milli Məclisə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri həyata keçirir: "Bu tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin birgə maarifləndirmə proqramı olan Azərbaycan polisinin seçkilərdə rolu, hüquq və vəzifələri mövzusunda keçirilən seminar-müşavirələrdir: "Respublikanın regionlarında Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlərin son mərhələsini Bakı Şəhər Baş Polis İdarəsində paytaxtda fəaliyyət göstərən rayon polis orqanlarının və müvafiq dairə seçki komissiyaları sədrləri üçün keçiririk. Tədbirdə əsas məqsəd qarşıya çıxan problemlərin həlli yolları və polis orqanlarənın səsvermə günü, onda öncə və sonrakı funksiyalarının müzakirəsidir".
Qeyd edək ki, tədbirdə seçki sənədlərinin mühafizəsi, seçki sənədlərinin dairə seçki komissiyalarına, oradan məntəqə seçki komissiyalarına çatdırılması və səsvermə günü məntəqələrinin mühafizəsi məsələləri müzakirə olunub. Vurğulanıb ki, səsvermədən sonra ölkədə ictimai sabitliyin, qaydanın bərqərar olunması Azərbaycan polisinin funksional vəzifələrindəndir.
Tədbir müzakirələrlə başa çatıb.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq