28-11-2019 [15:10]
"Azərbaycanda ciddi, sürətli, səmərəli, effektiv islahatlar həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə ayrı-ayrı sahələrdə aparılan bu islahatlar 2003-cü ildən başlayıb. Amma sonuncu prezident seçkisindən sonra yenidən dövlət başçısı seçilən İlham Əliyev öz inauqurasiyasında bu mesajları hökumətə, cəmiyyətə çatdırmışdı”.
Bu sözləri Milli Məclisin buraxılması haqqında müraciətdən danışan hakim Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizdə hüquq-məhkəmə, sahibkarlıq, sosial və s. sahələrdə ciddi islahatlar gedir: "Ölkə başçısı bu ilin əvvəlində etdiyi çıxışda siyasi sahədə də islahatların gedəcəyini istisna etməmişdi. Ona görə, bu gün Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. Bir sahədə islahatlar getsə, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular. Nəticədə dövlətimizin güclənməsi, xalqın rifahı istiqamətinə yönələn dəyişikliklər daha yaxşı nəticələr versin deyə, siyasi sahədə də islahatlar aparılmalı idi. Bu sahədə islahatlar həyata keçirilməsə, digər sahələrdə aparılan islahatlar üçün maneələr ola bilər. Dünya təcrübəsi də bunu göstərir.
Ona görə, bu gün YAP Siyasi Şurası çox düzgün qərar qəbul etdi. Həyata keçirilən islahatların nəticəsini, səmərəsini biz görürük”.
M.İbrahimqızı onu da vurğulayıb ki, ölkə başçısının çıxışlarında dediyi, eləcə də, Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində səsləndirdiyi kimi, bu islahatlar kampaniya xarakteri daşımamalıdır və daşımayacaq:
"İslahatlar vaxtaşırı davam etdirilməlidir. Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. Dövlətimiz, xalqımız üçün xeyirli-uğurlu olsun”.
M.İbrahimqızı parlamentin buraxılması haqqında qərarın səbəblərinə də toxunub: "Bu məsələyə başqa cür siyasi rəng verməyə çalışanlar var. Halbuki bu, hər hansı siyasi böhanın nəticəsi deyil. Ölkəmizdə hər iş yüksək səviyyədə həyata keçirilir. Ciddi uğurlara imza atılır, bu il sürətli islahatlara start verilir. Bəzi üzdəniraq təşkilatlar, media nümayəndələri çalışırlar qara şüşədən baxsınlar. Bu tamamilə yanlışdır. Ölkə başçısı özü islahatların siyasi sahəni də əhatə edəcəyini qeyd etmişdi. Milli Məclisin buraxılmasının kiçik səbəbləri də var. Səhv etmirəmsə, 10-a yaxın deputat mandatı boşdur. Milli Məclisin işləməsi üçün bu, problem də yarada bilərdi. Çünki bilirsiniz, millət vəkilləri beynəlxalq əlaqələrin inkişafı ilə bağlı çox zaman xarici ölkələrdə olurdular. Bu da nəzərə alınıb. 5 illik müddətin vaxtı azaldığından 10 mandat üçün seçki keçirilməsi də məqsədəuyğun deyildi. Əsas məsələ odur ki, ölkəmizdə ciddi uğurlu islahatlar həyata keçirilir və siyasi islahatlar da zəruri idi”.
Deputat bildirib ki, parlamentin buraxılması məsələsində heç bir siyasi böhran yoxdur:
"İslahatların daha uğurlu, tarazlı və çevik həyata keçməsi üçün bu zəruri idi. Dünya təcrübəsində erkən seçim və ya parlamentin buraxılması adı bir haldır".
Xatlırladaq ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.
Bildirilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi Prezientin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıya bilər.
Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub/Modern.az.
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub