20-11-2019 [17:29]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqeri qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.
QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə verdiyi önəm və töhfələrdən söhbət açıb.
Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitində ABŞ-dan təşrif buyurmuş geniş nümayəndə heyətinin çoxkonfessiyalı tərkibinin fəal iştirakından məmnun qaldığını bildirən QMİ sədri Zirvə görüşünün doğurduğu beynəlxalq rezonans barədə məlumat verib: "Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı vardır və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirib. Dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir".
QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirib.
Qəbula görə təşəkkürünü bildirən, görüşdən məmnun olduğunu qeyd edən səfir anadan olmasının 70 illik yubileyi münasibətilə Şeyxülislamı təbrik edərək xoş arzularını ifadə edib. QMİ sədrinin dinlərarası əməkdaşlıq işinə verdiyi töhfələri qeyd edən səfir Şeyxülislamın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə səylərini xüsusi vurğulayıb.
ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini şeyxülislamın diqqətinə çatdırıb. Erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edən amerikalı səfir belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirib.
Şeyxülislam A.Paşazadə öz tərəfindən, 1988-ci ildən bəri vasitəçilər tərəfindən erməni dini liderləri ilə keçirdiyi çoxsaylı görüşlər, o cümlədən, MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfəri, erməni katalikosunu I Bakı Sammiti çərçivəsində Bakıya dəvət etməsi barədə danışıb.
QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirib, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirib. A.Paşazadə həqiqətə, ədalətə istinad etmə şərti ilə belə görüşlərə ümidlə baxdığını xüsusi vurğulayıb.
Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər arasında həmrəylik və əməkdaşlıq sayəsində xilas ola bilər. QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi məhz bu məramlara xidmət edir. Səfir, öz növbəsində, dünyada gedən proseslər fonunda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR