İrandan Azərbaycana 25 kq narkotik gətirən şəxs tutuldu

img

14-11-2019 [10:07]


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb. 

DSX-nin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr "heroin”, 1 kq 535 qr "meta­mfitamin”, 10 kq 10 qr "tiryək” və 1500 ədəd "metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülb. 

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA