Abşeronda yol qəzası baş verib, biri körpə olmaqla iki nəfər ölüb

img

05-11-2019 [18:20]


Abşeron rayonunda yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə Fatmayi-Goradil avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1938-ci il təvəllüdlü Şamil Əliyev idarə etdiyi "Volvo" markalı avtomobil Mehman Quliyevin sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai"ın sərnişinləri - 1994-cü il təvəllüdlü Türkanə Rüstəmova hadisə yerində, 2017-ci il təvəllüdlü Yusif Quliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA