Bakıda qanlı olay: keçmiş məhkum 43 yaşlı kişini öldürdü

img

05-11-2019 [11:07]


Bakıda 43 yaşlı kişini bıçaqlayan keçmiş məhkum saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 28-də paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İ.Qasımov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA