Daxili İşlər Nazirliyindən Gəncədə baş verən ağır qəza ilə bağlı - Açıqlama

img

29-10-2019 [14:37]


Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi "Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. 

Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA