Bakıda narkotiklə bağlı əməliyyat: saxlanılanlar var

img

25-10-2019 [11:17]


Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən 1975-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş K.Cəfərovdan 530 qram heroin, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən 1998-ci il təvəllüdlü Ə.Məsumovdan 221 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa,Yasamal RPİ-nin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü R.Babayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 293 qram heroin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA