22-10-2019 [14:14]
"Bu gün Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında şəxsimə yönəlik atmacalarla ilə gündəmə gəlib. İclasda iştirak etmədiyimdən bu haqda məlumatları internet saytlarından oxudum”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə barəsində deyilən sözlərə cavab verərkən deyib.
Fazil Mustafa Feysbuk səhifəsində yazıb ki, Ziyafət Əsgərovun barəsində irad səsləndirmədiyi halda, onun belə açıqlama ilə çıxış etməsi təəccüb yaradır: "Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclis Sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktikasına anlayışla yanaşmalıyıq. Məni narahat edən, sadəcə, bir elmlər doktorunun, konstitusiya professorumuzun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkələrdə paylaşmağımızı selfe çəkdirmək kimi qiymətləndirməsidir.
Görünür, hörmətli professor konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclis deputatlarının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı düşür”.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov Fazil Mustafanın bir neçə gün əvvəl verdiyi müsahibədə "Milli Məclis rəhbərliyi deputatların çıxışının yayılmasına imkan vermir" açıqlamasına toxunub.
Z.Əsgərov qeyd edib ki, Milli Məclis ciddi orqandır: "Fazil Mustafa, Siz burada "selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizidir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura "selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə... Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur...
Bu artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”.
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq