04-10-2019 [16:17]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, "beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər.
Mia.az-ın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ XIX əsrin sonlarında yaranıb: "1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib".
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fərid Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar: "Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe nümayiş etdirməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir".
Türk Şurasının Baş katibinin müavini İsmət Gözəlov deyib ki, Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir. İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır: "Bu il üzv ölkələrin birgə Ticarət və Sənaye Palatası yaradılıb. Hazırda birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılır".
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası üzv dövlətlər arasında münasibətlərin genişləndirilməsi baxımında əhəmiyyətli platformadır: "Şura türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir".
Nazir müavini Naxçıvan Sazişinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Tədbir "Türk Şurasının institutlaşmasının qarşısındakı problemlər və perspektivlər” və "Üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri” mövzularında panel iclaslarla davam edib.
Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Bildirib ki, Fond qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.
Beynəlxalq Türk Akademiyasının (BTA) əməkdaşı Füzuli Məcidli təşkilatın prezidenti Darxan Kıdıralinin təbriklərini konfrans iştirakçılarına çatdırıb və bildirib ki, "Naxçıvan müqaviləsi” Türk xalqlarının bir neçə min illik tarixində bunadək heç zaman olmayan yeni bir eranın, yeni bir mərhələnin başlanğıcıdır. Bu sazişlə türk dövlətləri ilk dəfə könüllü şəkildə bir araya gəlib, beynəlxalq hüquqi əsasları, qarşılıqlı öhdəlikləri olan bir Birlik qurub və ilk dəfə ortaq bayrağa sahib olublar. BTA təmsilçisi qeyd edib ki, keçən 10 il müddətində Akademiya türkdilli dövlətlərlə bağlı mühüm layihələr həyata keçirib. Qısa müddət ərzində, "Ortaq Türk tarixi” dərsliyi çap olunub, "Ortaq Türk ədəbiyyatı” və "Türk dünyası coğrafiyası” dərsliklərinin proqram layihəsi üzərində işlər başa çatdırılıb, türk xalqlarının yazılı, maddi, mədəni və mənəvi irsinin nümunələrinin toplandığı böyük elektron multimedia fondu "Atalar Mirası" portalı təqdim olunub və "Türkbarometr” sosial araşdırmalar layihəsi reallaşdırılıb. Bundan başqa, təşkilat Monqolustandan Macarıstana qədər geniş coğrafiyada arxeoloji tədiqatlar həyata keçirməyə başlayıb.
Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Xarici İşlər Nazirliyi, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək