03-10-2019 [23:44]
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşü oldu. Görüşdə dövlət başçıları qeyd etdilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır".
Mia.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var:
"Keçən il iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri olub. Bunlar da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Bu ilin aprel ayında isə Pekində ikinci "Bir kəmər, bir yol” Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb.
Ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrindən danışan Hikmət Hacıyev qeyd edib ki, ticarət dövriyyəsinin dinamik artımı göz önündədir. Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana olan ixracda özünü göstərir. Ölkələrimiz, həmçinin neft-qaz sektorunda da yaxından əməkdaşlıq edirlər.
Görüşdə əlaqələrimizin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolu da xüsusi qeyd olundu. Bildirildi ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində mühüm rol oynayır.
Söhbət zamanı dövlət başçıları tərəfindən humanitar sahədə də əlaqələrin inkişafı qeyd edilib. Dövlətimizin başçısı Azərbaycanda rus dilinə xüsusi qayğı olduğunu diqqətə çatdırıb. Tədrisin rus dilində aparıldığı məktəblərlə yanaşı, ali məktəblərdə də rus dilində tədris aparılır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafının növbəti daha mühüm göstəricisidir".
Şöbə müdiri vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.
Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü olub.
"Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər. Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək”, - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.
"Valday” Beynəlxalq Diskussiya Klubunun əhəmiyyətdən bəhs edən Hikmət Hacıyev bildirib ki, bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir: "Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.
Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır".
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək