03-10-2019 [15:23]
300 min dollar qarşılığında vəsiqəsini girov qoymaqla gündəmə gələn və deputat mandatından imtina edən sabiq deputat Rafael Cəbrayılovun könüllü istefası uzun illər sonra Azərbaycanda müşahidə edilən yeni praktika kimi qiymətləndirilir.
Əslində, dünya siyasət meydanında vəzifə səlahiyyətlərini aşma hallarına yol verildikdə şəxsin öz kürsüsündən imtina etməsi mədəniyyətin bir göstəricisi hesab olunur.
Azərbaycanda isə uzun illər sonra baş verən könüllü istefa hadisəsi az qala qeyri-adi qarşılandı. Çünki bu praktika bizdə geniş tətbiq edilmiş olsaydı, 2015-ci ildə Binəqədi rayonunda çoxmərtəbəli binanın yanması zamanı 15 nəfərin ölməsi və 65 nəfərin yaralanmasına, ya da Xəzər dənizində boğulan neftçilərə görə kimlərsə istefa verməliydi ki, bu gün deputatın mandatdat könüllü imtinasına təəcüblənməyək. Sadalamaqla bitmir!
Mia.az xəbər verir ki, 1999-cu ildə Azərbaycanın xarici işlər naziri postundan könüllü istefa verən Tofiq Zülfüqarov son müzakirələrlə bağlı Modern.az-a deyib ki, dövlət postlarında seçilənlərin vəzifələri həmin mövqedə cəmiyyətə xidmət etməkdir:
"Bunun da əvəzində maaş alırlar. İnsanların vəzifəyə təyin olunması və vəzifədən getməsi normal haldır. Biz orta əsrlərdə deyilik ki, hansısa məmur kürsüdən düşürüləndə az qala düşmənə çevrilə. Hesab edirəm ki, biz də ümumdünya təcrübəsindən bəhrələnməliyik. Bir çox hallarda bunun səbəbləri müxtəlif olub. O dövrdə əsas məqsəd danışıqlar prosesini daha da gücləndirmək idi. Sirr deyil ki, o vaxt bununla məsələyə ictimaiyyətin diqqətini cəlb edə bildik. Bu, Azərbaycanda ictimai rəyin əsaslı olduğunu göstərdi”.
T.Zülfüqarov qeyd edib ki, bu gün Azərbaycanda istefa verməli olan vəzifə sahiblərinin sayı həddən çoxdur:
"Biz hamımız bilirik ki, ictimaiyyətə təsir edən çox sayda səbəblər olur. Kiminsə bahalı saatı, kiminsə bahalı maşınının olmasl, yaxud kiminsə vəzifəli qohumunun xoşagəlməz hadisələrdə adının hallanması kimi nüanslar bu və digər şəkildə onların nüfuzunu zədələyir, rəhbərliyin etimadını doğrultmadığını göstərir. Təbii ki, onlar məsuliyyət hissilə, sərəncamı gözləmədən özləri addım atmalıdırlar. İşində nöqsan aşkarlanmış şəxslərin könüllü istefası həm də hakimiyyətin nüfuzunun yüksəlməsinə səbəb olar. Kreslodan tutub, ömrünün axırına kimi vəzifəni hansısa qüvvələrin hesabına əlində sıxıb saxlamaq da bir iş deyil. Məmurun bu davranışı hakimiyyəti də nüfuzdan salır. Onu da deyim ki, müxalifətdə də bu kimi məqamlar var. Həm iqtidarda, həm müxalifətdə kreslonu sevənlər o qədər çoxdur ki...
Hansısa etimadı itirən, cəmiyyəti idarə edə bilməyən insan rəhbərliyə hörmət olaraq özü istefaya getməlidir. Gözləməməlidir ki, onu sərəncamla qovsunlar. Getmək vaxtıdırsa, get. Vacib deyil ki, sən ölənə kimi vəzifədə oturasan”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək