24-09-2019 [17:17]
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əfqan Muxtarlının vəkilinin cəzalandırılmasını istəyir.
Mia.az xəbər verir ki, bu barədə xidmət açıqlama yayıb.
Həmin açıqlamada deyilir:
"Son günlər bir sıra informasiya saytlarında və sosial şəbəkələrdə məhkum Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman onun üzərində qanunsuz axtarış aparıldığı və guya müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətə uyğun olmayan bəyanatı yayılıb.
Penitensiar xidmət bildirir ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası"nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.
Vəkil Nemət Kərimli peşə fəaliyyəti ilə bağlı dəfələrlə istər məhkum Ə.Muxtarlı, istərsə də hüquqlarını müdafiə etdiyi digər məhkum və həbs edilmiş şəxslərlə görüşə gəlib, bu zaman cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına giriş-çıxış qaydaları ilə mütəmadi olaraq tanış edilib.
N.Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb.
Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu "45-50 dəqiqə girov saxlama" kimi qiymətləndirməyə çalışan N.Kərimli guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib.
Bununla N.Kərimli bilərəkdən Penitensiar xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə"nin tələblərini pozub.
Bununla əlaqədar Penitensiar xidmət tərəfindən həmin vəkil barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub".
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək