Azərbaycanlı milyarder Vaqif Məmişov Gürcüstanda kimin yubileyini keçirir?

img

11-08-2013 [13:02]



Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişov avqustun 14- Gürcüstanda yubiley keçirəcək. Bu məqsədlə o, doğulduğu ölkədə Gürcüstanın Tetriskaro rayonunun Kosalar kəndində olacaq.

Bu sözləri mia.az-a Sankt-Peterburqda yaşayan soydaşlarımız veriblər. Onların sözlərinə görə, diaspor rəhbəri burada oğlunun sünnət olunduğu tarixlə bağlı hər il keçirdiyi ənənəvi şənlik təşkil edəcək: «Amma budəfəki şənlik xüsusi anşlaqla keçirilməsi nəzərdə tutulub. Çünki oğlunun kiçik toyunun 10 illiyidir».

Soydaşlarımızın iddiasına görə, milyarder belə şənliklərə həddən artıq meylli olduğundan, o, budəfəki yubiley tədbirinə Azərbaycandan tanınmış müğənniləri dəvət edib: «Artıq siyahı tutulub. Azərbaycanın tanınmış müğənniləri kəndə gətiriləcəklər».

Mia.az-ı məlumatlandıran mənbə deyib ki, yubiley şənliyinin keçirildiyi gün Vaqif Məmişov kənddə tikdirdiyi məscidin açılışını da edəcək.

 Xatırladaq ki, son bir neçə ay ərzində Vaqif Məmişovun adı ətrafında çoxsaylı söz-söhbətlər dolaşıb. Onun Rusiyadakı «Milyarder İttifaqı”nın fəal üzvlərindən olan Söyün Sadıqovla "mətbu atışması” da ötən ay dövri mətbuatın gündəmi olub. Həmin vaxt Vaqif Məmişov mətbuata çıxıb, Söyün Sadıqovun "Burada yaşayan bəzi milyarderlərimiz Gürcüstanda azərbaycanlıların siyasi təşkilatlanmasına maliyyə yardımı göstərəcək” iddiasını təkzib etdi. Söyün Sadıqov isə onu «satqın» adlandırıb, Rusiyadakı soydaşlarımıza zərbə vurmaqda ittiham elədi.

Ümumiyyətlə, belə məsələlərdə ehtiyatlı davranan V.Məmişovun nədən tələsik təkziblə çıxış etməsinin də özəl səbəblərinin olduğu yeni iddialar arasındadır. Onun Eduard Şevardnadze hakimiyyətindən fərqli olaraq, Saakaşvilinin dönəmində yaşadığı bəzi acı xatirələrin də olduğu deyilir. Bu və ya digər səbəbdən onun Gürcüstanın yeni hakimiyyəti ilə üz-üzə gəlmək istəmədiyi də bildirilir. 

 Bu və ya digər məsələlərlə bağlı qarşı tərəflə danışmaq mümkün olmayıb. Onun mövqeyini də dinləməyə hazırıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:47 04.08.2025

Lionel Messi zədələnib

11:00 02.08.2025

Vətənə xidmət...