Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

img

03-08-2025 [11:26]


Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.

Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA