"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR

img

10-03-2026 [13:21]


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri əsasında "Azərişıq" ASC-də rəqabət qanunvericiliyinin pozulmasını araşdırır.

Mia.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, istehlakçıların elektrik enerjisi borclarına görə elektrik təchizatının qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmədən dayandırılması ilə bağlı "Azərişıq" barədə aparılan araşdırma yekunlaşıb.

Müraciətlərdə qeyd olunub ki, istehlakçıların elektrik enerjisi üzrə borcu hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilişi dayandırılır. Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan "Azərişıq" barəsində iş qaldırılıb.

Bundan əlavə, Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı məsələlər də araşdırılır. Müraciətlərdə həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalı göstərilir(Yeri gəlmişkən, bu mənfi rəyin verilməsi barədə "Azərişıq"ın hansı vəzifəli şəxslərinin hansı niyyətlə "mühim rol" oynamaları barədə ciddi iddiar var və MİA.AZ xeyli müddətdir bununla bağlı dəqiqləşmələr aparır)

Hazırda bu məsələ üzrə araşdırma davam edir.

P.S. Yeri gəlmişkən, yanvar ayıdnda "Azərişıq" rəsmiəri Səbail rayonunda yerləşən Jurnalistlərin binasında da xeyli sakininin əvvəlcədən xəbərdarlıq etmədən işıqlarını qanunsuz kəsmişdi. Hətta "basabas"a salan işıq idarəsi əməkdaşları borcu olmayanların da elektrik enerjisi verilişini özbaşınalıq edərək dayandırmışdılar...

E.ARAZ

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA