Mikayıl Cabbarov: "Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığı..."

img

02-08-2025 [13:26]


"Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı Azərbaycanın qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə töhfələr verəcək".

Mia.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

Onun sözlərinə görə, bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olub: "Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığını ifadə edən bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə yeni töhfələr verəcək".

Qeyd edək ki, bu gün Azərbaycan qazının Suriyaya çadırılması münasibətiylə Türkiyədə Mikayıl Cabbarovun iştirakı ilə açılış tədbiri keçiririlib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...