Elçin Əfəndiyev vəfat edib - 82 yaşında
03-08-2025 [15:03]
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunmuş, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynamışdır. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olmuşdur.
"Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer almışdır.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.
Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır".
Allah rəhmət eləsin!
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı