05-09-2019 [11:58]
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq, çıxarışların ("kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarının narazılığına səbəb olub.
Bəzi saytlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə istinadən həmin mənzillərin "xidməti ev” kimi təqdim olunması məsələni bir qədər də mübahisələndirib. V.Səfərli mətbuata sonrakı açıqlamasında fikirlərinin yanlış anlaşıldığını və yaxın günlərdə sakinlərə "kupça” veriləcəyini vurğulayıb. Bununla belə, mövzu ətrafında açılan müzakirələrdən sonra jurnalistlər ölkə başçısına müraciət ünvanlayıb, problemi onun diqqətinə çatdırıblar.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, mənzillər Prezidentin jurnalistlərə əvəzsiz hədiyyəsidir:
"Bu sözləri Prezident açılış mərasimində bildirib. Ona görə jurnalistlərə verilən mənzil məsləsinin qabardılması, müzakirəyə çıxarılmasının əleyhinəyəm. Dövlət başçısı humanist bir addım ataraq, insanların mənzillə təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayırıb. Hər bir insanın ev sahibi olmağa, normal şəraitdə yaşamağa haqqı var. Hamımız evsizlik problemi yaşamışıq, bu periodlardan keçmişik. Ona görə ev alan insanları nələrdəsə ittiham etmək, bunu "qələmi satmaq” kimi qiymətləndirmək yersizdir. O başqa məsələ ki, kimsə nəyəsə görəsə əqidəsindən dönürsə, peşəsindən asılı olmayaraq, bunu normal qəbul etmək olmaz. Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli, o, jurnalist deyil və bunu bütün jurnalistlərə şamil etmək olmaz. Əgər jurnalist ağır şəraitdə yaşayır və dövlət başçısı tərəfindən mənzillə təmin olunursa, burada pis niyyət axtarmaq lazım deyil. Prezidentin açılışda iştirakı zamanı "kupça” söhbəti olmamışdı. İndi yersiz maneə yaradıb, lazımsız müzakirələr açmağın yeri yoxdur. Ona görə də istər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, istərsə də aidiyyatı olan digər qurumlar tez bir zamanda sənədləşmə işlərini tamamlayıb sakinlərə çıxarış verməlidirlər”.
Parlamentari "xidməti ev” məsələsinə də münasibət bildirib: "Deyirlər bunlar "xidməti ev”dir. Xidməti ev hərbidə olur. Məsələn, hərbçilərə verilir və hərbi müddəti başa çatdıqdan sonra ev geri təhvil alınır. Jurnalistlər daimi yaşayış yeri olan insanlardır. Onlara verilən mənzilləri "xidməti ev” adlandırmaq doğru deyil. Bu məsələ haradan çıxdı, mən anlaya bilmirəm. Prezident humanist addım atıb, jurnalistlərə ev hədiyyə edibsə, aidiyyatı qurumlar da üzərinə düşəni etməyə borcludurlar. Çirkin söhbətlərlə gözəl işlərə kölgə salmaq olmaz”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək