22-08-2019 [22:47]
Azərbaycan Xarici İşlər Nazirliyi "Ermənistan qondarma Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı” qərarı ilə bağlı KİV-də yayılan məlumatlara şərh verib.
Mia.az xəbər verir ki, bununla bağlı KİV-lərin sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib:
"Erməni mediasının yaydığı bu məlumatlarla bağlı öncə onu xatırlatmaq istərdim ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər” və ya "referendum” adlandırdığı müxtəlif "tamaşalar” keçirir. Beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünü yekdilliklə dəstəkləyir, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı "seçkini” tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir.
Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini bir daha etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.
Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkiləri” demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.
Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə "demokratiya ixracı”nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR