25-07-2019 [23:47]
ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib.
STM-dən Mia.az-a verilən məlumata görə, görüşdə ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak ediblər.
Görüş zamanı STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəhbərlik etdiyi Mərkəzin missiyası, qarşısında duran vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan yeni kollektivi haqda ətraflı məlumat verib.
Millət vəkili bildirib ki, dövlətimizin başçısı ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Mərkəzin yaradılması haqda qərar verib: "Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmlən dirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri edib. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi STM-nın görəcəyi işlərin əsas xəttini təşkil edəcəkdir".
Qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyətinin qurulmasının çətin, eyni zamanda şərəfli məsələ olduğunu vurğulayıb. Bu sahədə ADA-nın yeni yaradıldığı vaxtdan keçdiyi yol və əldə etdiyi təcrübə haqda fikirlərini bölüşüb. Bütün sahələrdə olduğu kimi əsas məsələlərdən birinin- peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının olduğunu xatırladıb.
Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq, ictimai rəyi öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, kadrların hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA-da təhsillə bağlı sosioloji sorğulara mühüm əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğularının keçirildiyini diqqətə çatdırıb.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçiminin müəyyən edilməsində təhsil (məktəb) mühitinin rolunun əvəzsiz olduğunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə-istedad və qabiliyyətləri aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşması olduğunu vurğulyıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırdı, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda STM rəhbəri Z. Oruc qəbul üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirdi və görüşdə səslənən fikirlərin, birgə tədqiqat layihəsi haqda tövsiyələrin Mərkəzin işi üçün çox dəyərli olduğunu qeyd edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev yeni yaranan Mərkəzə fəaliyyətində uğurlar arzulayıb.
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM