22-07-2019 [21:10]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu il Azərbaycan mətbuatının 144-cü ildönümünün qeyd edildiyini diqqətə çatdıraraq bildirib:
"Mətbuat tariximizin son 27 ili sizin iştirakınızla yaradılıb. Azərbaycan mediasının inkişafı Azərbaycanın bugünkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır. Bəzən təəssüflər olusn ki, Azərbaycan jurnalistikasının da opponentləri tapılır və bizim bugünkü inkişafımızı inkar etməyə çalışırlar. Amma bu bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqincə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək”.
Ə.Həsənov vurğulayıb ki, müstəqil media tariximizdə mühüm xidmətləri olan Ümummilli lider Heydər Əliyevi bugünkü mətbuat günündə xatırlamaq hamının haqqıdır. Prezident Aparatının rəsmisi bildirib ki, 1998-ci ildə ümummilli liderin fərmanı ilə Azərbaycan mediası üzərindən bütün senzura strukturları, mətbuatın fəaliyyətini tənzimləyən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi və Azərbaycan mediasına özünün ictimai tənzimləniməsini yaratması üçün şərait yaradıldı:
"Jurnalistlərin özlərinin yaratdığı Mətbuat Şurası mətbuatın yaradıcılıq problemlərini, o cümlədən jurnalistlərin sosial-iqtisadi problemlərini araşdırır, dövlət qarşısında bu və ya digər təşəbbüslərlə çıxış edir. Dövlət tərəfindən həmin təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir”.
Ə.Həsənov bildirib ki, əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, ümummilli lider Heydər Əliyev Azərbaycanda azad medianın banisi kimi tarixə düşdü, media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi: "Beləliklə də azad medianın formalaşması üçün bütün lazımi şəraiti yaratdı. Ümummilli liderin media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən dönmədən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi payı, xidmətləri var”.
Ə.Həsənov əlavə edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mediasına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi: "Bu Konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu müddət ərzində Azərbaycan mediasına 50 milyon manata yaxın bu və ya digər formada yardım göstərilib. Qəzetlərin uzun müddət yığılmış borcları da dövlət tərəfindən bağlanıb”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır: "Mətbuat mədəniyyətin bir hissəsidir. Azərbaycan mediasının inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda teatr, incəsənət, elm, təhsil və digər sahələr mətbuatdan daha çox inkişaf edib. Mədəniyyət sahəsinin bütün sahələri kimi mediamız da inkişaf edir. Azərbaycan dövləti mədəniyyət xadiminə də, idmançısına da, teatr xadimlərinə də ev verir, jurnalistlərə də. Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atır. Ona görə də buna qarşı qısqanclıq, hansısa fərqli fikir formalaşdırmaq sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil”.
Trend
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...