17-06-2019 [12:17]
Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Ağstafada baş verən qətliamla bağlı rəsmi məlumat yayıb.
Mia.az-a daxil olan birgə məlumata görə, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib:
"Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.
Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub".
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR