10-05-2019 [11:41]
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə müraciət edən 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələddin Orucov mayın 9-na keçən gecə "VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
"Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.
29-cu Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev və Kürdəmir rayon sakini Mehdi Hüseynov Zərdab rayonu ərazisində saxlanılıblar.
Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkar edilib və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılıb. Həmin maşına məxsus 27 BR 862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkar edilib.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini Sakit Cavadova məxsus "VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyən edilib.
Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyənləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək