12-04-2019 [18:20]
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən MİA.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılıb, E.Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilmiş, müxtəlif növ ekspertizalar təyin edilib:
"Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.
Cinayət işi üzrə istintaqın obyektivliyinin təmin olunması, şahid dairəsinə qanunsuz təsir göstərilməsi ehtimalının aradan qaldırılması və hadisənin təfərrüatlarının araşdırılması məqsədilə təhsil nazirinin tapşırığına əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən xidməti yoxlama aparılaraq məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınmışdır.
Göstərilənlərlə yanaşı, Bakı şəhər prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 aprel 2019-cu il tarixli məlumatında kütləvi informasiya vasitələrində insanların heysiyyatına toxunan əsassız məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi internet saytlarında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.
Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə və sadalanan pozuntulara yol verən şəxslərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə mövcud qanunların tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunur ki, E.Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək.
Hazırda cinayət işi üzrə bütün xüsusatların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR