11-04-2019 [23:47]
Qənirə PAŞAYEVA
***
Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil…
Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır.
Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir.
Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… "Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır…
"…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.
Bir uşağa, bir yeniyetməyə bunu yazdıran ağrını hamımız hiss etməliyik. Günahkar axtarmaq, giley eləmək asandır; ən dəhşətlisi odur ki, kimsə çıxıb "üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!” demədi.
Məncə, bax, budur üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri. Əslində, sevgisizliyin, laqeyidliyin, biganələyin, "mənə nə var?” düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim.
Birimiz az, birimiz çox… Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da… Bir sözlə, hamımız!..
Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? - hamısı ciddi araşdırılmalıdır.
Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona "yox” cavabı verilib, mütləq araşdırılmalıdır. Bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdırlar. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və "nə baş verir?" məqamı araşdrılmalıdır.
Bunun gələcəyi necə ola bilər? Bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik?!” sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq. Ailə məsələsinə də vurğu yapmaq istərdim: ailə də özünü sorğulamalıdır: "daha nələri edə bilərdik?” deyə. Onlar üçün çox ağırdır bilirik və bu ağrılarını bölüşürük. Günahkarlar birmənalı cəzalanmalıdır, amma biz hamımız da ciddi düşünməliyik: bu sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar…
Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq, "məni sağ olanda istəyərdiniz”, "məni sağ olanda dinləyərdiniz” yazmaması üçün yazdı.
"Qəbrimin üstünə gəlməyin!” yazıb. Bəlkə də, bu təsirli sözləri ən azı üzr istəmək cəsarətini özümüzdə tapmamız üçün yazıb...
Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz -, biz hamımız doğru anlayacaq və dəyişəcəyik.
Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…
Səndən üzr istəyirəm, Elina!
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR