20-03-2019 [00:01]
"İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır”.
Mia.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı deyib:
"Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir. Burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər. Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir”.
Dövlət başçısı bir vaxtlar İçərişəhərdən camaatın köçürülməsi ilə bağlı təkliflərin olduğunu təsdiqləyib:
"Düzdür, belə təkliflər var idi. Bu barədə mənə deyəndə qətiyyən bunun əleyhinə oldum. Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər sadəcə olaraq görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb”.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək