18-02-2019 [20:40]
Məşhur vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının Feysbuk sosial şəbəkədə yaratdığı virtual qrupdan çıxıb.
O, kollegiya üzvlüyündən də istefa verə biləcəyinə eyham vurub.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
Vəkil bildirib ki, bir neçə gün əvvəl sosial şəbəkədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri n mövcud olduğu qrupda aşağıdakı şərhi yazaraq, qrupdan çıxıb:
"Bildiyiniz kimi, vəkillərin peşə fəaliyyəti ilə bağlı rastlaşdıqları problemlərin müzakirəsi məqsədi ilə bu qrupda bir neçə dəfə müəyyən təkliflər vermişəm. Hər dəfə bu təkliflər qrupun bəzi məlum üzvləri tərəfindən qısqanclıqla qarşılanıb və müzakirə predmetini unudub, hər şeyi şəxsi müstəviyə çəkməyə çalışıblar. Həmişə səbirli olmağa çalışmışam, yeri gələndə həddini aşan bəzi kollegiyalarıma layiq olduqları cavabı vermişəm.
Mənim necə vəkil olmağım qrupdakıların hər birinə məlumdur. Azərbaycanda vəkilliyin inkişafı üçün etdiklərimi də bilənlər bilir. Vəkillikdə həmişə olan, bu gün isə ifrat forma alan mütilik məni həmişə üzüb. Hesab edirəm ki, sözünü deyə bilməyən, öz hüquqlarını qoruya bilməyən vəkilin kiminsə hüququnu qoruyacağı mümkünsüzdür.
Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik anam həmişə deyərdi ki, bala, mən kimnən yox, kim mənnən prinsipi ilə yaşa. Ömrüm boyu bu prinsiplə yaşamışam, heç kimin qarşısında əyilməmişəm. Nə əldə etmişəmsə öz zəhmətimlə əldə etmişəm və Allaha şükür normal yaşamaq üçün lazım olan hər şeyim var.
Dediklərimi dinləmək iqtidarında olmayan və eşitmək istəməyən bir qrupda qalmağı mümkünsüz hesab edirəm və bu gündən virtual vəkillər kollegiyasının üzvlüyündən istefa verirəm".
Vəkil daha sonra deyib ki, real Vəkillər Kollegiyasında qalıb-qalmamağım bu gün mənim üçün elə bir önəm daşımır, çünki vəkil olmağımla fəxr edə bilmirəm: "Yeri gəlmişkən, əvvəlki rəhbərlik de-yure məni kollegiyadan çıxardıb , qalır bunu de fakto rəsmiləşdirmək. Bu da ki, RH-dən yox, Lazımdan, daha doğrusu onun gəlməsindən asılıdır".
Adil İsmayılov sonda qonarar münahisəsinə də toxunub: "Son olaraq hər dəfə müqavilədə göstərilən məbləğlə faktiki aldığımız məbləğ arasındakı fərqi də gözümüzə soxmaq lazım deyil. Bunu bilirsinizsə zəhmət çəkin tədbir görün. Bundan sonra virtual fəaliyyətimi FB-dəki şəxsi səhifəmdə davam etdirəcəm. Maraqlananlar məni orda tapa bilər".
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü