16-02-2019 [17:33]
Dünən qəzalar oldu, bir həftə əvvəl də oldu. Ölüm baş verdi. Cansız bədəni göndərilən hər bir ailənin həyatında faciə və həyətində dərin hüzn mərasimləri təşkil olunub. Onlar bir-birinə ölən doğmalarının xatirələrini danışır, ovunmur. Təskinlik vermək üçün sözlər də aciz qalıb.
Avtoqəzalar, yol terroru - Hər il yüzlərlə insanın faciəsi, onlarla insanın ölümü, maddi ziyanlar cəmiyyəti təhdid edir. İldən-ilə avtoqəzaların sayında azalmaların olmasına baxmayaraq, yenə də təlafat var, ziyan var. Dövlət bu sahədə əməli tədbirlərini davam etdirir, ildən-ilə müxtəlif vasitələrlə hadisələrin azaldılmasına çalışır. Nə qədər qınansa da, nə qədər müzakirə olunsa da, dövlətin əsas məqsədi ona yönəlib ki, insanlar təhlükəsiz yaşasın... Əgər, bunu istəməsə, deməz - 2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 yol-nəqliyyat hadisəsi baş verib. Zərərçəkənlərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Onlardan 722 nəfər ölüb, 1711 nəfər yaralanıb.
İctimai təhlükəli əməli cəzasız qalan adam, ya ölümə gedir, ya da öldürməyə...
Ekspertlər hesablayır ki, orta hesabla 150-200 uşaq, ya atasız, yaxud anasız qalıb, ən yaxşı halda isə şikəst olub, digərləri isə həbsxana yolu gözləyir. Və ən ağrılısı, ən dəhşətlisi odur ki, o, balalar yetim qalıb, ata, ana himayəsindən məhrum olub. Bütün qəzaların başlıca səbəbi sürət həddinin aşılmasıdır, ehtiyyatsızlıqdır, yolda mənəm-mənəmlikdir. Vəziyyəti təhlil etdikdə aydın olur ki, dövlətin bütün tədbirlərinə ramən qəzalar baş verir. Niyə baş verir? Sadə cavabı odur ki, "Yol polisi yoxdur, görmür, sürüm...”. Bilir ki, görsə, müşahidə etsə, dayandıracaq, cəzalandıracaqdır. Baxmayaraq ki, bəzi ekspertlər yol polisinin profilaktik tədbirlərini başqa şəkildə şərh edir. Deyir ki, bu qədər cərimə olmaz. Niyə olmaz? Hüquq fəlsəfəsi bunun sadə izahını verir: ictimai təhlükəli əməli cəzasız qalan insan, ya ölümə gedir, ya da öldürməyə...
Məgər dövlət hər bir sürücünün yanına, hər bir yolayrıcına nümayəndə qoymalıdır? Yox! Yox! Yenə də yox…
Yol polisi haqlı olaraq, müntəzəm statistikanı yayır ki, ay sürücü, ay piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: "Yol qaydalarına əməl edin, əks təqdirdə...”
Ölənlər, öldürülənlər - atadır, əmidir, dayıdır, babadır
Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yəni, istirahət günü də, harasa tələsir. Onu da əlavə edir ki, yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində baş verib. Və insan nə qədər etinasız, nə qədər məsuliyyətsiz olmalıdır ki, yaşayış yerlərində bu qəzalara səbəb olur. Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Axı, insan şüurlu varlıqdır. Niyə insan bu qədər cəmiyyətə qarşı açıq hörmətsizliyə, biganəliyə özünü səfərbər edir? Hardadır bu sualların cavabı?
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib. Yəni, bu insanlar, atadır, əmidir, dayıdır, babadır. Yaxşı deyək ki, özünü düşünmür, bəs ailəsi, bəs doğmaları?
Hələ bu azmış kimi ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 49 qəza baş verib. Nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Nə olub? Nədir bu? Bu qəsdin adı nədir?
Dirilər bilsin – ölənlər onsuz da yoxdur ki, sual verib soruşaq...
Analar, bacılar məzar başında ağı deyib təskinlik tapa bilmədiyi faciədir avtoqəza ölümləri...
Elşad HACIZADƏ
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam