Nazirlər Kabinetində yeni təyinat - Baş nazir keçmiş şöbə müdirinə vəzifə verdi

img

12-02-2019 [14:30]


Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin keçmiş müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Mia.az unikal.org-a istinadla xəbər verir ki, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə, İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

İ.Hacıyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, İradə Hacıyeva uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirlər Kabinetində yeni təyinat olub

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:57 22.02.2020

Sabah hava necə olacaq?