AHİK-də daha bir dəyişiklik - Sahib Məmmədovun yaxın qohumu vəzifədən getdi

img

02-07-2025 [15:31]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) maraqlı dəyişiklik olub.

Mia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Daxili Nəzarət Şöbəsinin müdiri Babək Orucov vəzifədən azad edilib.

Məlumata görə, o, AHİK sədri Sahib Məmmədovun yaxın qohumudur.

Ehtiyatda olan sərhəd xidməti polkovniki Babək Orucovun özünün ərizə yazaraq vəzifədən getdiyini iddia edənlər də var.

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR