"Gələn həftə İŞİD-in Suriyadan yüz faiz təmizləndiyini açıqlaya bilərik" - Tramp

img

07-02-2019 [11:03]


"Gələn həftə İŞİD-in Suriyadan yüz faiz təmizləndiyini açıqlaya bilərik".

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İŞİD Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri toplantısında çıxışı zamanı deyib.

Vəzifəyə gəldiyi gündən etibarən İŞİD-ə qarşı verdiyi mübarizədən danışan Tramp atdığı ilk addımlardan birinin Pentaqona gedərək İŞİD-i məhv edəcək bir plan hazırlanmasını istəmək olduğunu söyləyib. Tramp həmçinin bu illər ərzində İŞİD-in internet vasitəsilə təbliğat aparmaq cəhdlərinə də ağır zərbə vurulduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA