Tramp məktuba cavab verdi - Konqresə illik müraciət fevralın 5-də olacaq

img

29-01-2019 [11:51]


 ABŞ Prezidenti Donald Tramp Konqresə illik müraciətini fevralın 5-də edəcək.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Ağ ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin məhz göstərilən tarixin təklif edildiyi məktubuna cavab verib.

ABŞ Prezidenti illik müraciətində ölkədəki vəziyyəti qiymətləndirir və qarşıdakı qanunvericilik təşəbbüslərini təsvir edir. Bir qayda olaraq, o, Konqresə yanvar ayında müraciət edir.

Qeyd etmək lazımdır ki, daha əvvəl N.Pelosi "şatdaun" vəziyyəti həll olunana qədər D.Trampın Konqresdə çıxış etməsinə icazə verməyib. Bundan sonra ABŞ Prezidenti bir aydan çox müddətdə işini dayandırmış federal hökumətin fəaliyyətini bərpa etməsinə razı olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA