Türkiyə mafiyasının tanınmış lideri seçki ilə bağlı gözlənilməz çağırış: "Silahlanın, hazır olun"

img

04-02-2019 [22:52]


Türkiyədə tanınmış mafiya liderlərindən olan Sedat Peker İstanbulda açılışına qatıldığı restoranda qalmaqallı çıxış edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, mart ayında keçiriləcək bələdiyyə seçkilərindən danışıb və iqtidar əleyhdarlarına qarşı silahlı mübarizə aparacaqlarını bəyan edib:

"Həm imperialist güclər, həm də onların ölkəmizdəki uşaqları indidən seçkilərlə bağlı Yüksək Seçki Qurulunu (MSK) tanımadıqlarını söyləyirlər. Onlar seçkinin nəticələrinə görə insanları, partiya üzvlərini küçələrə tökəcəklər. Bununla terror qruplaşmasının üzvləri o insanların içinə qarışıb, ölkəni yıxıb, yandırmağı hədəfləyirlər. Polisimiz, əsgərimiz güclüdür, buna imkan verməz. Ancaq Allaha and olsun, bu ölkənin övladları küçələri qarış-qarış qoruyacaq. Qardaşlarım bu ölkənn bir qarışını onlara verməyəcək”.

Daha sonra Sedet Peker tərəfdarlarına çağırış edib. Deyib ki, təcili silahlanmaq lazımdır:

"Silah yaxşı insanların əlində olan zaman bir sığortadır, güvəncdir. Bu səbəblə qanuni silahlar alın, mütləq ov tüfəngləri alın. Mütləq hazırlıqlı olun. Biz pisə hazır olmalıyıq. Biz bu vətəninin dəliləriyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA