Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinin uçuşuna mane olub - Müdafiə Nazirliyi

img

28-01-2019 [21:19]


 Rusiyanın "Su-27” təyyarəsi ABŞ-ın "Р-8А Poseidon” kəşfiyyat təyyarəsinin Baltik dənizinin səmasında uçuşuna mane olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baltik dənizi üzərində neytral ərazidən Rusiyanın dövlət sərhədinə havadan uçuş vasitəsinin yaxınlaşdığı qeydə alınıb. Məlumata əsasən, "Su-27” həmin obyektə təhlükəsiz məsafədə yaxınlaşaraq bunun ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Р-8А Poseidon” kəşfiyyat təyyarəsi olduğunu müəyyənləşdirib.

Rusiya təyyarəsi bazaya dönüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA