"Brexit"lə əlaqədar Böyük Britaniyadan 1 trilyon dollar çıxarılıb

img

08-01-2019 [16:09]


Bu ilin mart ayında başlayacaq Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit") prosesi ilə əlaqədar maliyyə bazarı iştirakçıları, o cümlədən banklar bu ölkədən 800 mlrd. funt-sterlinq (təxminən, 1 trln. ABŞ dolları) məbləğində vəsait çıxarıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, həmin vəsait Avropa ölkələrinə yönəldilib. 

Sözügedən rəqəmi "Ernst and Young" audit şirkəti açıqlayıb. Şirkət maliyyə bazarının 222 əsas iştirakçısı arasında apardığı sorğudan sonra bu qənaətə gəlib. Hesablama "Brexit” referendumunun 2016-cı ilin iyun ayında yekunlaşmasından sonra bu sahədə vəziyyəti əks etdirir. 

Ortaya çıxmış rəqəmin yalnız açıqlanmış məlumatlar əsasında hesablandığını nəzərə alsaq, faktiki rəqəmin daha çox olduğunu demək olar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA