Makron etirazçılara səslənib: "Sonda ədalət qalib gələcək"

img

06-01-2019 [12:07]


Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

O, bu barədə "Twitter"də yazıb.

"Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, etiraz tədbirlərinin hər bir iştirakçısı dialoqa başlamaq üçün özünü ələ almalıdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA