Belçika BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub - XİN-dən bəyanat

img

01-01-2019 [18:11]


Belçika BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvü kimi vəzifəsinin icrasına başlayıb.

Bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Yaxın iki il ərzində Belçika BMT Təhükəsizlik Şurasının qalan üzvləri və digər maraqlı tərəflərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində müştərək cavablar axtarışında qurucu, etibarlı, açıq tərəfdaş olacaq. Belçikanın BMT TŞ-dəki şüarı konsensusa səy göstərmək, sülh naminə hərəkət etmək olacaq", - deyə açıqlamada qeyd olunub.

Belçikanın xarici işlər naziri Didye Reynders BMT Təhlükəsizlik Şurası üzvləri qarşısında duran konkret məsələlərlə yanaşı, silahlı münaqişələrin qarşısını almaq, belə münaqişələrdə zərər çəkənlərin hüquqlarını müdafiə etmək, BMT sülhməramlı missiyalarının səmərəli idarəetməsi kimi məsələlərə də diqqət yetirəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2007-2008-ci illərdə də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmuş Belçika 2020-ci ilin fevral ayında qurumun sədri olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA