Ərdoğanla İraq prezidenti birgə mətbuat konfransında: "PKK, İŞİD və FETÖ hər iki ölkə üçün təhdid mənbəyidir"

img

03-01-2019 [21:37]


İraq prezidenti Berhem Salih bu gün Türkiyəyə rəsmi səfərə gəlib.

Mia.az  xəbər verir ki,  qapalı görüşlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq prezidenti Berhem Salih birgə mətbuat konfransı keçiriblər.

İki qonşu dövlət arasında səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıran dövlət başçıları danışıqların tərəflər üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard ABŞ dolları məbləğində olduğunu bildirən Ərdoğan deyib ki, bu göstəricinin 20 milyarda yüksəldilməsi hədəflənir.

İŞİD, PKK və FETÖ terror təşkilatlarının hər iki ölkə üçün təhdid mənbəyi olduğunu qeyd edən Ərdoğan bildirib ki, ərazi bütövlüyünün qorunması Türkiyənin İraq siyasətinin təməlini təşkil edir.

Rəsmi Ankara ilə əməkdaşlığın İraq üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Prezident Berhem Salih əminliklə bildirib ki, terrordan viran qalan bölgələrin bərpasında Türkiyə tərəfi köməkliyini əsirgəməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA