Lukaşenko Putinə bayram sövqatı göndərdi: “Belarusdan kartof və saladan başqa nə xahiş etmək olar ki?“

img

30-12-2018 [12:17]


Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya səfərlərinin birində rusiyalı həmkarı Vladimir Putinə Yeni il tətilində yemək üçün 4 kisə kartof və donuz piyi – sala hədiyyə edib.

Bunu Lukaşenkonun mətbuat katibi Natalya Eysmont "Belarus-1” telekanalının efirində deyib: "Deyə bilərəm ki, Aleksandr Qriqoryeviç Vladimir Vladimiroviçə təkcə kartof hədiyyə etməyib…Əslində, bildiyim qədər, Rusiya prezidenti yaxşı salanı çox sevir. Və Aleksandr Qriqoryeviç də bundan xəbər tutaraq… növbəti səfərində özü ilə sala da gətirib… əlbəttə, ən dadlı Belarus salaını. Ardınca kartof apardı”.

O qeyd edib ki, söhbət prezident bağında becərilən kartofdan gedir.

Eysmontun sözlərinə görə, haçansa Lukaşenko yarızarafat Putindən soruşub ki, "Belarusdan nə gətirsin?". "Və cavab məhz belə olub: "Belarusdan başqa nə xahiş etmək olar? Kartof və sala". Cavabımız özünü çox gözlətmədi. Biz bu kartofdan dörd kisə gətirdik”, - deyə mətbuat katibi əlavə edib.

O qeyd edib ki, kartoflar fərqli yeməklərin hazırlanması üçün müxtəlif növlərdən olub/Fed.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA