Rusiya və İran Xəzərdə güc nümayişinə başlayır - Birgə hərbi təlim keçirəcəklər

img

06-01-2019 [13:50]


 Rusiya və İranın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.

Bu barədə bazar günü İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, o bildirib ki, birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq. Hənzadinin sözlərinə görə, təlimlər taktiki və xilasetmə əməliyyatlarının işlənməsi, eləcə də dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatlardan ibarət olacaq.

Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA