Çavuşoğlu Moskvada: "Rusiya və İranla sıx əməkdaşlığı davam etdirəcəyik"

img

29-12-2018 [17:57]


"Rəsmi Ankara və Moskva Suriyadakı bütün terror təşkilatlarının məhv edilməsinin zəruriliyi ilə bağlı həmfikirdir. Suriya və regional məsələlərlə əlaqədar Rusiya və İranla sıx əməkdaşlığı davam etdirəcəyik".

 "Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada keçirilən danışıqlardan sonra deyib.

Agentliyin məlumatına görə, Moskvada Rusiya-Türkiyə danışıqları saat yarım davam edib. Türkiyənin nümayəndə heyətinin tərkibinə Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan daxil olub.

Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və Rusiya liderinin beynəlxalq əlaqələr üzrə köməkçisi Yuri Uşakov təmsil edib. Görüşdə Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib.

M.Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyü prinsiplərinə sadiq qaldığını və zamin ölkə ölkə olaraq onun pozulmasına yönələn cəhdlərin qarşısını almağa hazır olduğunu qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA