İndoneziyada sunami fəlakəti - 62 ölü, 584 yaralı + Fotolar

img

23-12-2018 [10:15]


İndoneziyanın Sumatra və Yava adası arasındakı Sunda boğazında sunami baş verib.

Təbii fəlakət nəticəsində 62 nəfər ölüb, 584 nəfər isə yaralanıb. 20 nəfərin cəsədini tapmaq mümkün olmayıb.

Pandenqlanq bölgəsində 430 ev və 9 hotelə ciddi ziyan dəyib.Sunaminin Anak Krakatau vulkanının fəaliyyətə keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, 28 sentyabrda Sulavesi adasında baş verən 7,5 bal gücündəki zəlzələ nəticəsində 2 mindən çox insan ölmüş, 1500-ə yaxını isə itkin düşmüşdü.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA