BMT Təhlükəsizlik Şurası toplanır - Ukrayna-Rusiya gərginliyi gündəmə çıxarılacaq

img

26-11-2018 [12:21]


BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı fövqəladə əhəmiyyətli görüş keçirəcək.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli "Twitter" səhifəsində yazıb.

İclas bu gün Nyu-Yorkda saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00) baş tutacaq.

Qeyd edək ki, noyabrın 25-də səhər saatlarında Rusiya tərəfi Azov dənizində Ukraynanın "Yanı Kapu" yedək qayığının, eləcə də "Berdyansk" və "Nikopol" qayıqlarının Kerç boğazından keçməsinə mane olub. Keçidin qarşısını almaq üçün Rusiya gəmiləri Krım körpüsünün altına tanker yerləşdirib, hətta yedək qayığı atəşə tutub. Elə həmin gün axşam saatlarda Rusiya gəmiləri onlara hücum edərək ələ keçirib, 6 ukraynalı dənizçisini yaralayıb.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi baş verən hadisələri rəsmi Kiyevin təxribatı adlandırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA