Tramp Putinə Ukrayna ilə bağlı mesaj verdi: "Bu aqressiya mənim xoşuma gəlmir"

img

28-11-2018 [10:45]


ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

"The Washington Post xəbər verir ki, Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.

"O hesabat müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu, mənə qətiyyən lazım deyil", — deyə qəzet onun sözlərini sitat gətirib.

Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA