“Lavrova qulaq asmayanlar, Şoyqunu eşitməyə məcbur olacaqlar” - Yermakov

img

23-11-2018 [16:48]


"Rusiya ümid edir ki, ABŞ "Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqaviləyə münasibətdə düşünülməmiş addımlar atmayacaq.

Bu barədə Rusiya XİN-in yayılmama və silahlara nəzarət məsələləri üzrə departamentinin rəhbəri Vladimir Yermakov deyib.

Lakin bununla belə bildirib ki, Rusiya istənilən ssenariyə, o cümlədən, hərbi qarşıdurmaya hazırdır və ABŞ bütün riskləri nəzərə almalıdır.

"İnanırıq ki, ABŞ müqavilədən çıxmaq kimi düşünülməmiş addımlar atmayacaq və yekunda onlar dünyadakı real vəziyyətin qiymətləndirilməsinə ayıq yanaşacaqlar. Amma əlbəttə ki, hadisələrin istənilən gedişi üçün bizdə həll variantı hazırdır. Hər şeyi (müqavilənin pozulmasının mümkün riskləri) ətraflı şəkildə izah edən Sergey Lavrova (Rusiyanın xarici işlər naziri) qulaq asmaq istəməyənlər Sergey Şoyqunun (Rusiyanın müdafiə naziri) izahatını eşitməyə artıq məcbur olacaqlar”, – deyə Yermakov Vaşinqtona xəbərdarlıq edib/azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA