Yerevanda müxalifətin mitinqi başlayıb

img

06-03-2021 [16:10]


Ermənistan parlamenti binasının qarşısında müxalifətin mitinqi başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hazırda aksiyada 2 minədək adam iştirak edir. Hadisə yerinə xeyli sayda polis cəlb edilsə də, onların əksəriyyəti qoruma ləvazimatı ilə təchiz olunmayıb.

Bununla yanaşı, mitinq keçirilən əraziyə doğru hərəkət edən xeyli sayda keçmiş hərbçi də prezident sarayınadək yürümək niyyətindədir.

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra başlayan siyasi böhran fevralın 25-də baş qərargah rəisi və 40-dək hərbi rəhbərlik nümayəndəsinin baş nazir Nikol Paşinyandan istefa verməyi tələb etmələri ilə daha da kəskinləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR