19-11-2018 [19:51]
Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.
Sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.
Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.
Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.
Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin "Narkotik vasitələr haqqında”, "Psixotrop maddələr haqqında” və "Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittaltədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra sessiya başlayıb.
Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, "darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.
Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.
Sessiya noyabrın 23-dək davam edəcək.
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
Hərbçimiz minaya düşüb - Qazaxda
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR