"Dağlıq Qarabağ münaqişəsi həllini gözləyir" - Mövlud Çavuşoğlu

img

05-11-2018 [14:34]


"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir".

Bunu Tokioda "Türkiyənin xarici siyasəti və Yaxın Şərqdəki vəziyyət” mövzusundakı konfransdakı nitqində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türkiyə çətin bölgədə yerləşir və buna baxmayaraq, ölkənin sabitliyini və iqtisadi inkişafını təmin edə bilmişik”, – nazir bildirib.

O, qonşu ölkələrdə hərbi münaqişələrin davam etdiyini xatırladıb: "Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya münaqişələri, Krımın ilhaqı, Kipr məsələsi öz həllini gözləyir. Türkiyə bütün bu münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA