"Buşəhr AES-ə sanksiya tətbiq etmədik, ancaq..." - Dövlət katibi açıqladı

img

05-11-2018 [21:52]


ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Buşəhr Atom Elektrik Stansiyasına (AES) şamil olunmayıb.

Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib. 

Onun sözlərinə görə, orada üç layihə var və Buşəhr də onlardan biridir: "Ancaq bu güzəşt müvəqqəti xarakter daşıyır. Yaxın zamanlarda sanksiyalardan müvəqqəti azad olunan üç enerji layihəsinin siyahısı dərc olunacaq".

Xatırladaq ki, noyabrın 5-dən İranın daha çox enerji sektorunu ehtiva edən sanksiyalar qüvvəyə minib. Daha əvvəl Ağ ev İran neftinin idxalçılarını onun tədarükündən əl çəkməyə çağıraraq bu ölkənin neft ixracına son qoymaq hədəfini bəyan etmişdi. Bu günlərdə sanksiya siyahısında İranın 700-dən artıq hüquqi və fiziki şəxsinin, o cümlədən gəmi və təyyarələrin olduğu bildirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA